Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
🕒 Yayımlanıb: 21.10.2026 · 14:51
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində Zimbabve Respublikasının birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb.
Görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.



