Emin Əmrullayev saksoniyalı həmkarı ilə görüşüb
🕒 Yayımlanıb: 20.10.2026 · 09:38
Elm və təhsil naziri Emin Əmrullayev Almaniya Federativ Respublikasının Saksoniya federal torpağının elm naziri Sebastian Qemkov ilə görüşüb.
Bu barədə Todays.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində Almaniya Federativ Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.



