Noyabr 2, 2026

Azərbaycan karateçiləri dünya çempionatını 5 medalla başa vurublar

rm5ebQNya8NReZt6ZkZR0tNkQ1Yplj2Vy5gPoT4J_1200
🕒 Yayımlanıb: 18.10.2026 · 16:44

Polşanın Bielsko-Biala şəhərində kadetlər, gənclər və U-21-lər arasında karate üzrə 14-cü dünya çempionatı başa çatıb.

Azərbaycan Karate Federasiyasından Todays.az-a verilən məlumata görə, Dünya Karate Federasiyasının təşkil etdiyi yarışda ölkə təmsilçiləri 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

Şamo Kamilov (U-16, +70 kq) qızıl mükafata sahib çıxıb.

Vüsal Qənbərov (U-18, 55 kq) gümüş, Rəsul Qənbərli (U-16, 52 kq), Nurlan Əlimuradov (U-16, 70 kq) və Rəşid Süleymanov (U-21, 75 kq) bürünc medal qazanıblar.

Xatırladaq ki, turnirə 114 ölkədən 2000-dən çox idmançı qatılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir