Azərbaycanın xarici dövlət borcu azalıb
🕒 Yayımlanıb: 09.10.2026 · 11:45
Bu il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 509.5 milyon ABŞ dolları təşkil edib.
Todays.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.8% azdır.
Təkcə sentyabr ayında Azərbaycanın xarici dövlət borcu 50 milyon ABŞ dolları azalıb.
Qeyd edək ki, ötən il ölkənin xarici dövlət borcu 6.7% azalaraq 4 milyard 813.5 milyon ABŞ dollarına (8 milyard 183 milyon manata) düşmüşdü.



