Noyabr 2, 2026

Azəbaycanda təhlükəli mallara münasibətdə tətbiq edilə biləcək tədbirlərin dairəsi müəyyən edilir

texniki
🕒 Yayımlanıb: 17.09.2026 · 10:49

Azərbaycanda təhlükəli mallara münasibətdə tətbiq edilə biləcək tədbirlərin dairəsinin müəyyən edilməsi və həmin tədbirlərin həyata keçirilməsi qaydalarının səlahiyyətli qurum tərəfindən müəyyən olunması nəzərdə tutulur.

Bu, “Texniki tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, adı çəkilən qanunun 15-ci maddəsinə yeni – 15.5-ci altmaddə əlavə edilir. Dəyişiklik insanların həyatı və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu mallar barəsində görüləcək tədbirlərin hüquqi əsasını müəyyən edir. Yeni maddəyə əsasən, belə malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur. Sadalanan tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçiriləcək. Məqsəd təhlükəli malların bazarda qalmasının və insanların həyatına və sağlamlığına zərər vurmasının qarşısını almaqdır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir