Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü
Xırdalan şəhərində partlayış baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Todays.az-a verilən məlumata görə, hadisə sentyabrın 14-də qeydə alınıb. Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın əlində qumbara partlayıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
