Sentyabr 17, 2026

Ağdərədə mina partlayıb

mina

Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayıb.

Todays.az xəbər verir ki, Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb. S.Rüstəmzadə yüngül xəsarət alıb.

Vətəndaş ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir