Sentyabr 17, 2026

“Qəbələ” Futbol Akademiyasının futbolçuları üçün danışılmış oyunlarla bağlı seminar təşkil olunub

SU9MmYtnnvmHXA21DSWQkMai3AZXSMvLtMPXzji8_1200

AFFA-nın təşəbbüsü ilə “Qəbələ” Futbol Akademiyasının U-15, U-16, U-17 və U-19 komandalarının futbolçuları, məşqçi və texniki heyətin üzvləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.

Tədbirdə AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri Naib Əsədov və aparıcı mütəxəssis Murad Məmmədli çıxış ediblər.

Seminar zamanı danışılmış oyunlarda iştirak və manipulyasiya halları barədə məlumat verilib, bu cür cəhdlərin və ya məlumatların gizlədilməsinin ağır intizam pozuntusu olduğu diqqətə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir