Sentyabr 17, 2026

Bakıda külək nəticəsində 15 ağac sınıb

USxipQsSZrVLOZpQ2uMi4YJeXSusVT9W93601hdK_1200

Bu gün Bakıda külək nəticəsində 15 ağac sınıb.

Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Birlikdən verilən məlumata görə, sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.

Bildirilib ki, birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir