Sentyabr 17, 2026

Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edib

8MvXAsHs0a8reG69qdnF32nhpAcxoNAOZ3SQ4mNe_1200

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bərdə şəhərində Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə rayonlarının və Naftalan şəhərinin sakinlərini qəbul edib.

Bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir