Azərbaycanın fiqurlu konkisürəni Veronika Jilina beynəlxalq turnirdə 6-cı yeri tutub
🕒 Yayımlanıb: 06.09.2026 · 18:20
Yaponiyanın paytaxtı Tokioda fiqurlu konkisürmə üzrə “Kinoshita Cup” yarışı keçirilib.
Turnirdə fərdi neytral idmançılar (AIN) daxil olmaqla 6 ölkənin beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən 11 təmsilçisi mübarizə aparıb.
Yarışda Azərbaycanı fiqurlu konkisürən Veronika Jilina təmsil edib.
O, yarışın nəticəsinə əsasən 193 xal toplayaraq yekun sıralamada 6-cı pillədə qərarlaşıb.



