Sentyabr 17, 2026

Azərbaycanın taekvondoçuları İsveçrədə “Swiss Open” turnirində iştirak edəcəklər

LcYZes3ZzbwnhZvGl1n83H7Hm7SaWHFcrRcQ1usm_1200

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək “Swiss Open” beynəlxalq turnirində mübarizə aparacaqlar.

Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi Xıdır Məmmədov (54 kq), Fuad Məhərləmli (63 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) təmsil edəcəklər.

İdmançılar səfərə milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında yollanıblar.

Qeyd edək ki, turnir sentyabrın 6-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir