Sentyabr 17, 2026

Avropa çempionatı: Azərbaycan cüdoçuları ikinci yarış gününü mükafatsız başa vurublar

Hwgq7NWf1a465wTyyQ84AhE4qb8sZhhswCiyHUCy_1200

Azərbaycan cüdoçuları Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının ikinci gününü mükafatsız başa vurublar.

Todays.az xəbər verir ki, bu gün tatami üzərinə çıxan Əbil Yusubov (73 kq), Cəsur İbadlı və Mehdi Abbasov (hər ikisi 81 kq) fəxri kürsüdən kənarda qalıblar.

Cəsur İbadlı ilk iki görüşdə qələbə qazanaraq 1/4 finala yüksəlsə də, bu mərhələdə məğlub olub. 21 yaşlı cüdoçu təsəlliverici görüşdə də rəqibinə uduzaraq mübarizəni medalsız başa vurub.

M.Abbasov ikinci, Ə.Yusubov isə ilk qarşılaşmada tatamini məğlub tərk edib.

Hazırda Azərbaycanın hesabında 2 medal var. Daha əvvəl Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl medal qazanıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir