Sentyabr 17, 2026

Bakıda bəzi məktəblərdə dərslər onlayn olacaq – SƏBƏB

1788433443_772033_618cb4827a7d2f20

2026-cı ildə Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar yarış ərazilərində yerləşən bəzi ümumitəhsil müəssisələrində tədris prosesi onlayn təşkil olunacaq.

Todays.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, qərar Formula 1 yarışlarının keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrinə şamil ediləcək.

“Məktəb rəhbərliyinə və valideynlərə bununla bağlı məlumat veriləcək”, – açıqlamada qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir