Sentyabr 17, 2026

Mark Qiu “Çelsi”dən “Leyptsiq”ə transfer olunub

mark

İngiltərənin “Çelsi” klubunun hücumçusu Mark Qiu Almaniyanın “Leyptsiq” komandasına transfer olunub.

Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

M.Qiu 2025-ci ildən İspaniyanın U-21 millisində çıxış edir.

Qeyd edək ki, 2024-cü ilin yayında “Barselona”dan “Çelsi”yə keçən 20 yaşlı futbolçu London klubunun heyətində 29 matçda 8 qol vurub. O, ötən il komandası ilə UEFA Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir