
Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı bütün rəqiblər bəlli olub.
Püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Frankfurt, Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək. Son turun görüşləri 2026-cı il yanvarın 28-də baş tutacaq.
Pley-off mərhələsinə fevralın 17-18-də start veriləcək. UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq final matçından sonra müəyyənləşəcək.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı 6 komandanın adı bəlli olub.
“Köhlən atlar”ın III səbətdən “Ayaks” (Niderland) və “Napoli” (İtaliya) klubları ilə üz-üzə gələcəyi müəyyənləşib.
Qeyd edək ki, Ağdam təmsilçisi I səbətdən İngiltərənin “Çelsi” və “Liverpul”, II səbətdən isə “Benfika” (Portuqaliya) və “Ayntraxt” (Frankfurt, Almaniya) klublarına rəqib olub.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində daha iki rəqibi müəyyənləşib.
“Köhlən atlar”ın növbəti rəqibləri “Benfika” (Portuqaliya) və “Ayntraxt” (Frankfurt, Almaniya) kollektivləridir.
Qeyd edək ki, Ağdam təmsilçisi I səbətdən İngiltərənin “Çelsi” və “Liverpul” komandalarına rəqib olub.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk rəqibləri müəyyənləşib.
“Köhlən atlar” ilk rəqibləri İngiltərənin “Çelsi” və “Liverpul” komandaları olub.