Nazirlik: Aqrar sektorda süni intellektin tətbiqi genişlənib

Azərbaycanda aqrar sahədə süni intellektin tətbiqi genişlənib.

Todays.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu “Aqroparkların inkişafında yeni mərhələ” mövzusunda keçirilən tədbirdə “Aqrar sahədə süni intellektin tətbiqi imkanları” mövzusunda təqdimat edən aqrar sahədə süni intellekt layihəsinin rəhbəri Surxay Novruzov bildirib.

Hazırda nazirliyin bu istiqamətdə həyata keçirdiyi layihələr barədə iştirakçıları məlumatlandıran S.Novruzov qeyd edib ki, üzərində iş gedən layihələr əkinçilik, bağçılıq, toxumçuluq üzrə ixtisaslaşmış fermerlərə bölgələr üzrə torpağa uyğun düzgün bitki seçimi aparmağa, regionlar üzrə bitki xəstəlikləri üzrə risk səviyyələrini müəyyənləşdirməyə və bitki sağlamlığına düzgün nəzarət etməyə bütün bunlara uyğun olaraq əkinləri planlaşdırmağa imkan verəcək.

Təqdimatlardan sonra aqroparkların fəaliyyətində meydana çıxan çətinliklər, onların həlli yolları, iri istehsal müəssisələrinin fəaliyyətinin stimullaşdırılması və digər mövzularla bağlı müzakirələr aparılıb. Müzakirələrdə çıxış edən aqroparkların təmsilçiləri rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və ixracı ilə bağlı vəziyyət barədə geniş məlumat verib, mövcud potensialın daha səmərəli dəyərləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər. Aqropark nümayəndələri, həmçinin, suvarma suyu təminatı, meliorativ tədbirlər, enerji təminatı və ekoloji məsələlərlə bağlı çətinliklərinin olduğunu və problemlərin həlli istiqamətdə dövlət dəstəyinə ehtiyac olduğunu bildiriblər.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb,  təklif və müraciətlərin araşdırılması ilə bağlı müvafiq qurumlarla görüşlər planlaşdırılıb. İştirakçılar Nazirlik ilə aqroparklar arasında səmərəli əməkdaşlığın davam etdirilməsi üçün bu cür müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

  • Digər xəbərlər

    Azərbaycanda aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlanacaq

    Kənd Təsərrüfatı Nazirliyinin…

    SOCAR insan kapitalının inkişafı sahəsində beynəlxalq uğura imza atıb

    Azərbaycan Dövlət Neft…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    TEXNOLOGİYA

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    • Avqust 30, 2025
    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    • Avqust 28, 2025
    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    • Avqust 27, 2025
    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    • Avqust 26, 2025
    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    • Avqust 26, 2025
    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb

    • Avqust 26, 2025
    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb