
Slovakiyaya “Dostluq” boru kəməri ilə Rusiya neftinin nəqli bərpa edilib.
Bu barədə ölkənin Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova bildirib.
“Slovakiyaya “Dostluq” neft kəməri ilə neft nəqli bərpa edildi! Ümid edirəm ki, fəaliyyəti sabitləşəcək və artıq enerji infrastrukturuna qarşı hücumlar olmayacaq”, – o qeyd edib.
Bundan əlavə, Macarıstanın MOL şirkətinin mətbuat xidməti də “Dostluq” neft kəməri ilə neft nəqlinin bərpa olunması barədə məlumat yayıb.
Qeyd edək ki, avqustun 18-i gecə Rusiyanın Tambov vilayətindəki “Nikolskoye” neft nasos stansiyasına endirilən zərbədən sonra “Dostluq” boru kəməri ilə neft nəqli tamamilə dayandırılıb.