Azərbaycanda aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlanacaq

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlayacaq.

Todays.az nazirliyə istinadən xəbər verir ki, bunu Mərkəzin direktoru Rəşad Hüseynov “Aqroparkların inkişafında yeni mərhələ” mövzusunda keçirilən tədbirdə  “Aqroparklarla işin təşkili sahəsində yanaşmalar” mövzusunda təqdimatda bildirib.

Mərkəzin aqroparkların fəaliyyətinin təşkilində idarəedici orqan kimi müəyyən olunduğunu xatırladan ATM direktoru qarşıya qoyulan vəzifələr, tapşırıqların icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi,  aqroparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanaraq həyata keçirilməsi, rezidentlərin qeydiyyata alınması və onlara müvafiq şəhadətnamələrin verilməsi qaydaları barədə iştirakçıları məlumatlandırıb. R.Hüseynov Mərkəzin aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyasının hazırlaması ilə bağlı ATM və aqroparklar arasında sıx əməkdaşlığın qurulacağına əminliyini ifadə edib.

Prezident İlham Əliyevin imzaladığı 14 aprel 2025-ci iltarixli fərmana əsasən, aqroparkların yaradılması və fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti Kənd Təsərrüfatı Nazirliyinə verilib.

  • Digər xəbərlər

    Nazirlik: Aqrar sektorda süni intellektin tətbiqi genişlənib

    Azərbaycanda aqrar sahədə…

    SOCAR insan kapitalının inkişafı sahəsində beynəlxalq uğura imza atıb

    Azərbaycan Dövlət Neft…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    TEXNOLOGİYA

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    • Avqust 30, 2025
    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    • Avqust 28, 2025
    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    • Avqust 27, 2025
    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    • Avqust 26, 2025
    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    • Avqust 26, 2025
    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb

    • Avqust 26, 2025
    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb