Azərbaycanda hidrotexniki tunellər üçün layihələndirmə normaları təsdiqlənib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Hidrotexniki tunellər. Layihələndirmə normaları”nı təsdiqləyib.

Bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Bu Normalar su elektrik stansiyalarının, meliorasiya sistemlərinin tərkibinə daxil olan, həmçinin su təchizatı kəmərlərinin çəkilişində tikilən və yenidən qurulan hidrotexniki tunellərin bütün siniflərinin layihələndirilməsinə şamil edilir.

Xüsusi şəraitlərdə (seysmiki aktiv ərazilərdə, mürəkkəb mühəndisi-geoloji şəraitdə və s.) hidrotexniki tunellərin layihələndirilməsi zamanı müvafiq normativ sənədlərin əlavə tələblərinə riayət etmək lazımdır.

Hidrotexniki tunelləri layihələndirərkən onun bütün uzunluğu boyu mühəndisi-geoloji tədqiqatlar aparılmalıdır.

Mühəndisi-geoloji və hidroloji tədqiqatlar zamanı aşağıdakılara xüsusi diqqət yetirilməlidir:

– tunelin istiqaməti boyunca və onun tikildiyi ərazidə tektonik pozulmalara;

– yeraltı suların səthlərinin səviyyəsi və bu suların qidalanma mənbələrinə;

– tunelin qrunt (qaya) massivindən giriş-çıxışı sahələrində baş verə biləcək sürüşmə prosesləri və sel axınlarına;

– süxurların süzülmə proseslərinə qarşı dayanıqlığına;

– kimyəvi və mexaniki suffoziyanın inkişafı ehtimalına;

– tunelin marşrutu boyunca karst zonalarının olmasına;

– tunel tikintisi ərazisində aqressiv yeraltı suların yerin səthinə çıxmasına;

– drenaj qurğularının kimyəvi tıxanması ehtimalına.

Tunel tikərkən, süxurların donmuş və ərimiş halda möhkəmlik, deformasiya qabiliyyəti və termofiziki xassələrinin hesablama qiymətlərini, donmanın xarakter və dərəcəsini, donmaya məruz qalmış süxurların və tuneldən axıb keçən suyun temperaturunu nəzərə almaq lazımdır. Həmçinin, istismar prosesində qərarlaşmış istilik rejimi şəraitində mövcud olan temperatur sahəsi də nəzərə alınmalıdır.

Nazirliyin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

  • Digər xəbərlər

    Bu gün Türkiyədə Zəfər bayramı qeyd edilir

    Avqustun 30-u Türkiyə…

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    Bu gündən etibarən…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    TEXNOLOGİYA

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    • Avqust 30, 2025
    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    • Avqust 28, 2025
    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    • Avqust 27, 2025
    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    • Avqust 26, 2025
    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    • Avqust 26, 2025
    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb

    • Avqust 26, 2025
    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb