Xocalıda kənd sakinlərinə əkin təyinatlı torpaqların icarəyə verilməsi prosesi başlanıb

Xocalı şəhərinin Ballıca kənd sakinlərinə Kənd sakinlərinə əkin təyinatlı torpaqların icarəyə verilməsi prosesi başlanıb.

Bu barədə  Qarabağ bürosuna Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumat verilib.

Bildirilib ki, sakinlərin elektron müraciətləri əsasında Kənd Təsərrüfatı Nazirliyi maarifləndirici təlimlər keçirib, onlara səmərəli təsərrüfatçılıq üçün tövsiyələr verilib:

“Təlimlərdə yüksək nəticə göstərən 104 nəfərə sertifikat təqdim olunub. Ballıca kəndində keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib. Ballıca və Xanyurdu kəndlərində ümumilikdə 552 hektar əkinə yararlı torpaq sahəsi ayrılıb. Bu torpaqlar mərhələlərlə, hər ailəyə 5 hektar olmaqla, sakinlərin istifadəsinə veriləcək”.

Məlumata əsasən, bu günədək 123 Ballıca kənd sakini Kənd Təsərrüfatı Nazirliyinə elektron müraciət edib:

“Uzun illər həsrətindən sonra torpaqlarına qayıdan sakinlər artıq öz zəhmətləri ilə doğma yurdlarını daha da gözəlləşdirəcək, kənd təsərrüfatını inkişaf etdirərək bölgənin iqtisadi həyatına yeni nəfəs verəcəklər. Qeyd edək ki, bugünədək 123 Ballıca kənd sakini Kənd Təsərrüfatı Nazirliyinə elektron müraciət edib”.

  • Digər xəbərlər

    Azərbaycan-Braziliya Birgə İşçi Qrupunun iclasının tarixi açıqlanıb

    Sentyabrın 1-də Braziliyada…

    Azərbaycanda hidrotexniki tunellər üçün layihələndirmə normaları təsdiqlənib

    Dövlət Şəhərsalma və…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    TEXNOLOGİYA

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    • Avqust 30, 2025
    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    • Avqust 28, 2025
    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    • Avqust 27, 2025
    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    • Avqust 26, 2025
    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    • Avqust 26, 2025
    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb

    • Avqust 26, 2025
    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb