Kəlbəcər şəhərində daxili yolların tikintisi layihəsinin 76 %-i icra edilib

  • Video
  • Avqust 27, 2025
  • 0 Comments

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Kəlbəcər şəhərinin daxili yollarının tikintisi layihəsinin 76 %-ni icra edib.

 Todays.az bu barədə agentliyə istinadən xəbər verir.

Layihə Prezident İlham Əliyevin tapşırığı ilə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən icra olunur.

Şəhərin ilk yaşayış məhəlləsinin təməli 2023-cü il mayın 27-də dövlət başçısının rayona səfəri zamanı qoyulub.

Ümumi uzunluğu 26,5 km olan şəhərdaxili yolların birinci mərhələdə 18,9 km-lik hissəsində tikinti işləri aparılır. Yollar 4 müxtəlif en kəsiyinə uyğun inşa edilir. Bu kəsiklərə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-dən 4-ə qədər, hərəkət zolaqlarının eni 3-3,5 metr, yaşıllıq zolaqlarının eni 1,5-3 metr, velosiped zolaqlarının eni 0,7-1,5 metr, piyada səkilərinin eni isə 2-4 metr təşkil edir. Yolların torpaq yatağının eni 12, 18, 24 və 30 metr olmaqla dəyişir.

Hazırda birinci mərhələdə şəhər küçələri boyunca kommunikasiya xətlərinin – su, kanalizasiya, yağış suları, qaz, rabitə və elektrik xətlərinin tikintisi işləri demək olar ki, başa çatmaq üzrədir. Bu məqsədlə müxtəlif diametrli borular və texniki quyular quraşdırılır, həmçinin bordür və tamet daşlarının düzülməsi işləri aparılır.

Layihənin 2026-cı ildə tam başa çatdırılması nəzərdə tutulur.

  • Digər xəbərlər

    Keçmiş məcburi köçkünlər Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik ediblər

    Birinci vitse-prezident Mehriban…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    TEXNOLOGİYA

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    • Avqust 30, 2025
    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    • Avqust 28, 2025
    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    • Avqust 27, 2025
    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    • Avqust 26, 2025
    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    • Avqust 26, 2025
    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb

    • Avqust 26, 2025
    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb