
İran Avstraliya hökumətinin diplomatik əlaqələrin səviyyəsinin aşağı salınması və İran səfiri və bir neçə diplomatın ölkədən çıxarılması qərarı fonunda cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib.
Belə bəyanatla İran XİN çıxış edib.
Qurum bu qərarın əsassız və iki ölkə arasında diplomatik münasibətlər ənənəsinə zidd olduğunu deyib.
İran XİN həmçinin Avstraliyanın antisemitizmin təbliği ilə bağlı ittihamlarını rədd edərək bunun tarixən Qərbi Avropada meydana gəldiyini bildirib.
Tehran Avstraliya hökumətinin İran səfiri və bir neçə diplomatının ölkədən çıxarılması qərarını “İsrail rejiminin siyasətinin əksi” hesab edir.
“İran cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu qərarın səbəb ola biləcəyi nəticələrə, o cümlədən Avstraliyadakı İran icması üçün yarada biləcəyi problemlərə görə məsuliyyəti Avstraliya hökumətinin üzərinə qoyur”, – bəyanatda vurğulanıb.