Azərbaycanda 30 il əvvəl törədilən qətlin üstü açılıb

Azərbaycan Baş Prokurorluğu 30 il əvvəl öldürülənin şəxsiyyətinin müəyyən edilməsinə dəstək göstərməsi üçün ictimaiyyətə müraciət edib.

Bu barədə Todays.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hazırda iş üzrə zərərçəkmişin şəxsiyyətinin müəyyənləşdirilməsi zərurəti yaranıb:

“Bakı şəhərinin Suraxanı rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 30 il əvvəl, paytaxtın hava limanından taksi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən müştəri qismində götürülmüş kişinin quldurluqla əlaqədar kəsiçi-deşici alətlə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qəsdən öldürülməsi cinayətinin üstü açılmaqla, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması təmin edilib”.

Məlumata əsasən, bununla əlaqədar, Azərbaycan Baş Prokurorluğu zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsinə dəstək göstərməsi üçün ictimaiyyətə müraciət edir:

Zərərçəkmiş şəxsin fərdi əlamətlərinə gəldikdə isə doğum ili: 1955-1970-ci illər aralığında, boyu təxminən 175 sm, sol dirsək oynağının ön səthində çapıq izləri, sol saidin yuxarı və orta 1/3 hissəsinin ön səthində 11 ədəd köhnə, kənarları hamar çapıqlanmış toxuma izləri, 1995-ci ilin aprel-may aylarında xarici ölkədən (əsasən MDB dövlətləri, o cümlədən Rusiya Federasiyası) hava yolu ilə ölkəyə qayıdıb və həmin dövrdən etibarən itkin düşüb, MDB dövlətlərində, o cümlədən Rusiyada daimi və ya müvəqqəti yaşayıb və yaxud işləyib.

Bildirilib ki, bu xüsusiyyətlərə uyğun olan və ya belə bir şəxs barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, Bakı şəhər prokurorluğu və ya Suraxanı rayon prokurorluğuna aşağıdakı telefon nömrələri vasitəsilə məlumat versinlər:
-(+994 12) 361 04 06
-(+994 12) 361 04 09
-(+994 12) 361 02 51

  • Digər xəbərlər

    Naxçıvanda vətəndaşların 35 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Naxçıvanda 40-a yaxın…

    Bu gün Türkiyədə Zəfər bayramı qeyd edilir

    Avqustun 30-u Türkiyə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    TEXNOLOGİYA

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    • Avqust 30, 2025
    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    • Avqust 28, 2025
    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    • Avqust 27, 2025
    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    • Avqust 26, 2025
    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    • Avqust 26, 2025
    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb

    • Avqust 26, 2025
    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb