YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb

Son aylarda YouTube video platforması istifadəçilərin icazəsi olmadan videoları redaktə etmək üçün gizli şəkildə süni intellektdən istifadə edib. Dəyişikliklərdən sonra köynəklərdəki qırışlar daha aydın görünüb, dəri bəzi yerlərdə daha kobud, digərlərində isə daha hamar görünüb. Dəyişikliklər xırda olsa da, yutuberlərin sözlərinə görə, bu, onların kontentlərinə elə bir təəssürat yaradır ki, guya videonu tamamilə süni intellekt hazırlayıb. YouTube-da 5 milyondan çox abunəçisi olan musiqi kanalını idarə edən və təxminən 2000 video çəkmiş bloger Rick Beato, videoda bir az fərqli göründüyünü müşahidə edib. O, BBC-yə açıqlamasında deyib: “Mən düşündüm: “Lənət olsun, saçlarım qəribə görünür”. Nə qədər diqqətlə baxırdım, bir o qədər də elə gəlirdi ki, guya makiyaj olunmuşam”. Fərq o qədər kiçik idi ki, əvvəlcə yutuber bunun ona sadəcə elə gəldiyini düşündü.
     Beato-nun dostu, digər məşhur musiqi yutuber Rhett Shull isə öz paylaşımlarını araşdırmağa başlayaraq eyni qəribə detalları müşahidə etdi. O bildirib: “Əgər belə dəhşətli dərəcədə kəskin görüntü istəsəydim, onu özüm edərdim. Amma əsas məsələ odur ki, bu, elə görünür ki, guya süni intellekt tərəfindən yaradılıb”. Shull əlavə edib ki, bu hal auditoriyanın etimadını poza bilər. YouTube-un gizli redaktələrinə dair şikayətlər sosial şəbəkələrdə hələ iyun ayında ortaya çıxmışdı. Şirkət nəhayət təsdiqlədi ki, YouTube Shorts-da məhdud sayda videolarda bəzi dəyişikliklər edir. “Biz bəzi YouTube Shorts videolarında təcrübə aparırıq, ənənəvi machine learning texnologiyasından istifadə edərək emal zamanı bulanıqlığı aradan qaldırır, səs-küyü azaldır və videonun aydınlığını artırırıq (müasir smartfonların video çəkilişi zamanı etdikləri kimi)” – deyə YouTube-un redaksiya materialları və müəlliflərlə əməkdaşlıq şöbəsinin rəhbəri Rene Ritchie sosial şəbəkə X-də yazıb.
     “YouTube daim ən yaxşı video keyfiyyətini və istifadədə rahatlığı təmin etmək üzərində işləyir və bu funksiyaların hazırlanması və təkmilləşdirilməsi zamanı müəlliflərin və izləyicilərin rəylərini nəzərə almaqda davam edəcək” – o əlavə edib. ABŞ-ın Pittsburq Universitetində Dietrich adına dezinformasiya tədqiqatları kafedrasının müdiri Samuel Wooley hesab edir ki, YouTube videolarının istifadəçilərin xəbəri olmadan machine learning ilə redaktə edilməsi onlayn kontentə olan etimad sərhədlərini zəiflətmə riski daşıyır. O qeyd edib ki, hansı süni intellekt funksiyalarını aktivləşdirmək və ya etməmək barədə fərdi qərar verən smartfon sahibindən fərqli olaraq, bu halda biz istifadəçilərin kontentinə müdaxilə edən və həmin kontenti video müəlliflərinin razılığı olmadan geniş auditoriyaya yayan bir şirkətlə üz-üzəyik.
  • Digər xəbərlər

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    Bu gündən etibarən…

    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    Rəqəmsal İnkişaf və…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    TEXNOLOGİYA

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    • Avqust 30, 2025
    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    • Avqust 28, 2025
    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    • Avqust 27, 2025
    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    • Avqust 26, 2025
    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb