Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olub

Baş prokurorun müavini Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov, onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani ilə birgə Şuşa və Xankəndi şəhərlərinə səfər edib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Şuşa şəhərində olan qonaqlar Heydər Məmmədovun müşayiətilə Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü və digər tarixi-mədəni abidələri ziyarət ediblər. Şuşanın özünəməxsus memarlıq üslubu, qədim tarixi və füsunkar təbiət mənzərələri nümayəndə heyətində dərin təəssürat yaradıb. Qonaqlar şəhəri mədəni və tarixi baxımdan böyük dəyərə malik bir irs nümunəsi kimi dəyərləndiriblər.

Daha sonra səfər Xankəndi şəhərində davam edib. Zəfər meydanı ilə tanışlıqdan sonra qonaqlar Qarabağ Universitetini ziyarət edib və Universitetin rektoru Şahin Bayramov tərəfindən qarşılanaraq onlara təhsil ocağı barədə məlumat verilib, ali təhsil müəssisəsində aparılan işlər, qarşıda duran vəzifələr haqqında ətraflı danışılıb.

Ziyarət zamanı nümayəndə heyəti ali təhsil müəssisəsində həyata keçirilən elmi-tədris prosesi, akademik mühit və inkişaf perspektivləri ilə tanış olublar. Nümayəndə heyətləri Universitetin müasir yanaşmalar əsasında fəaliyyət göstərməsini yüksək qiymətləndirib, burada formalaşan təhsil mühitinin regionun intellektual inkişafına töhfə verəcəyini vurğulayıb, eləcə də gələcəkdə bu təhsil ocağı ilə əməkdaşlıq təklifinə müsbət yanaşıblar.

Səfər çərçivəsində nümayəndələr Xankəndi şəhərinin mərkəzində yerləşən memarlıq abidələrinə, mədəniyyət ocaqlarına və digər tarixi məkanlara da baxış keçiriblər. Qonaqlar Xankəndidə aparılan bərpa və inkişaf işlərini təqdirlə qarşılayıb, şəhərin həm tarixini qoruyan, həm də müasirliyə inteqrasiya olunan simasını yüksək qiymətləndiriblər.

  • Digər xəbərlər

    Bu gün Türkiyədə Zəfər bayramı qeyd edilir

    Avqustun 30-u Türkiyə…

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    Bu gündən etibarən…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    TEXNOLOGİYA

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    • Avqust 30, 2025
    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    • Avqust 28, 2025
    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    • Avqust 27, 2025
    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    • Avqust 26, 2025
    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    • Avqust 26, 2025
    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb

    • Avqust 26, 2025
    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb