
Amerikanın “SpaceX” şirkəti bazar ertəsi günü “Starship” kosmik gəmisinin prototipini 10-cu sınaq uçuşuna göndərəcək daşıyıcı raketin buraxılışını əlverişsiz hava şəraiti səbəbindən ləğv edib.
Bu barədə “X” sosial şəbəkəsindəki canlı yayımda məlumat paylaşılıb.
Start şərq saat qurşağı ilə saat 19:59-da (Bakı vaxtı ilə 03:59) Texas ştatındakı “Starbase” kosmodromunda planlaşdırılmışdı.
“Pis xəbər, bu gün buraxılış hava şəraiti səbəbindən baş tutmayacaq”, – canlı yayımın aparıcısı deyib.