Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılır

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Todays.az-a verilən məlumata görə, II mərhələ üçün www.portal.edu.az platforması üzərindən müraciət edilə bilər. Boş qalan yerlərə sənəd qəbulu 2 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Həmçinin peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.

Peşə təhsili müəssisələrinə ilk peşə təhsili və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə tələbə qəbulu ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında və ya Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında qəbul imtahanında iştirak etmiş ərizəçilərin həmin imtahanda əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi iyulun 22-dən avqustun 11-dək 78 peşə təhsili müəssisəsində 152 ixtisas olmaqla 32 min 620 plan yeri üzrə aparılıb. Peşə təhsili müəssisələrinə qəbul olan namizədlərdən 17 min 540 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim edib.

  • Digər xəbərlər

    Ümumtəhsil müəssisələrində yeni dərsliklər tədris olunacaq

    Yeni tədris ilində…

    MÜTDA: Xüsusi təhsilin ləğv edilməsi ilə bağlı iddialar əsassızdır

    Azərbaycanda sağlamlıq imkanları…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    TEXNOLOGİYA

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    • Avqust 30, 2025
    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    • Avqust 28, 2025
    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    • Avqust 27, 2025
    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    • Avqust 26, 2025
    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    • Avqust 26, 2025
    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb

    • Avqust 26, 2025
    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb