London-İrəvan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiləcək

Bu gün İrəvanda Ermənistan və Böyük Britaniya arasında Strateji Dialoqun ikinci raundu keçirilib.

Bu barədə  Ermənistan Xarici İşlər Nazirliyinin müavini Vaan Kostanyanın “X” hesabındakı paylaşımında qeyd edib.

Məlumata görə, dialoqda Britaniya nümayəndə heyətini Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət katibi Stiven Dauti təmsil edib.

“Tərəflər əldə edilmiş tərəqqini qiymətləndirib və Ermənistanla Birləşmiş Krallıq arasında ikitərəfli tərəfdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi üçün yüksək səviyyəli müntəzəm əlaqələrin vacibliyini təsdiqləyiblər”, – nazir müavini qeyd edib.

Böyük Britaniya və Ermənistan arasında Strateji Dialoqun birinci iclası 2023-cü ildə Londonda keçirilib.

Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, İrəvan və London münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək və müdafiə sahəsində qarşılıqlı əlaqələri genişləndirmək niyyətindədir: “Tərəflər münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bağlı razılığa gəliblər. Tərəflər təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini, o cümlədən gələcəkdə yüksək səviyyəli təmasları, müdafiə məsələləri üzrə hərbi attaşelərin mübadiləsini, həmçinin kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə sahəsində daha sıx qarşılıqlı əlaqəni müzakirə ediblər”.

Qeyd edək ki, Dauti bir gün əvvəl Azərbaycanda səfərdə olub.

  • Digər xəbərlər

    Parlament komissiyası Azərbaycana qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb

    Milli Məclisin Xarici…

    Azərbaycanla Aİ arasında dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb

    Azərbaycanın xarici işlər…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    TEXNOLOGİYA

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    • Avqust 30, 2025
    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    • Avqust 28, 2025
    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    • Avqust 27, 2025
    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    • Avqust 26, 2025
    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    • Avqust 26, 2025
    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb

    • Avqust 26, 2025
    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb