Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.

Sonra Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.

Daha sonra Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dəvə hədiyyə edib.

Tədbirdə çıxış edən Qurbanqulu Berdiməhəmmədov dedi: Hörmətli cənablar. Əziz dostlar. Əziz dostum.

Türkmənistan Prezidentinin və bütün türkmən xalqının adından bu sertifikatı qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmək istəyirəm. Biz türkmənlərdə deyirlər ki, “At xalqın dayağıdır”. Türkmənlərin dediyi kimi, “At xoşbəxtlik gətirir”. Atın adı “Taus”dur. Bu ad “Yaşasın Türkmənistan, Azərbaycan, Özbəkistan!” mənasını ifadə edir.

Təşəkkür edirəm.

Prezident İlham Əliyev dedi: Əziz qardaşım Qurbanqulu Məlikquliyeviçə bu gözəl hədiyyəyə görə dərin minnətdarlığını bildirmək istəyirəm. “Axaltəkə” atı dünyada məşhurdur, türkmən xalqının, Türkmənistanın milli brendidir. Bütün cahanda gözəl ada layiq olan bir atdır və bu hədiyyə dostluq, qardaşlıq rəmzidir. Onu da deməliyəm ki, bildiyimiz kimi, türkmən və Azərbaycan xalqları qardaş xalqlardır. Eyni zamanda, bizi birləşdirən odur ki, həm türkmənlərin, həm də azərbaycanlıların öz at cinsi var – “Axaltəkə” və Qarabağ. Necə ki, biz qardaşıq, onlar da qardaşdırlar. Bir daha təşəkkür edirəm. Burada gözəl at şousunu bizə nümayiş etdirən igidlərimizə də dərin minnətdarlığımı bildirirəm. Afərin olsun sizə.

  • Digər xəbərlər

    İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti…

    İlham Əliyev: Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyət Azərbaycanın üzərinə düşmür

    Prezident İlham Əliyev…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    TEXNOLOGİYA

    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    • Avqust 30, 2025
    Bakı-Ağdam sərnişin qatarı istifadəyə verilib

    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    • Avqust 28, 2025
    AYNA 7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib

    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    • Avqust 27, 2025
    Bakı-Ağdam qatarına biletlərin qiyməti məlum olub

    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    • Avqust 26, 2025
    Google Play-dən ümumilikdə 19 milyon dəfə yüklənmiş 77 zərərli tətbiq silinib

    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    • Avqust 26, 2025
    Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi gəlir açıqlanıb

    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb

    • Avqust 26, 2025
    YouTube videoları süni intellekt vasitəsilə gizli şəkildə redaktə etməyə başlayıb